Qelebə.az / UEFA Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" görüşündə hesab açılıb - YENİLƏNİB

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" görüşündə hesab açılıb - YENİLƏNİB

28-08-2024, 21:21

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyununda hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda önə çıxıb.

33-cü dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyunu start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edir.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Geri qayıt