Qelebə.az / "Borussiya"dan ayrılan futbolçu La Liqada oynamaqdan imtina edib

"Borussiya"dan ayrılan futbolçu La Liqada oynamaqdan imtina edib

28-08-2024, 19:31

Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq müdafiəçisi Mats Hummels İspaniya təmsilçisi “Real Sosyedad”a keçməkdən imtina edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ailə problemlərini əsas gətirərək La Liqa komandasına transfer olunmaq istəməyib.

Qeyd edək ki, Almaniya millisinin heyətində dünya çempionu olan Hummels ötən mövsüm "Borussiya"dan azad agent kimi ayrılıb. O, son mövsüm dortmundluların heyətində 40 matçda 4 qol vurub.

Geri qayıt