Qelebə.az / Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

27-08-2024, 12:20

Futbol üzrə Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığma almaniyalı Bruno Labbadiaya tapşırılıb. 56 yaşlı mütəxəssis komanda tarixinin 37-ci baş məşqçisi olub.

Qeyd edək ki, Bruno Labbadia son olaraq 2022/2023 mövsümündə ölkəsində "Ştutqart"da işləyib.

Geri qayıt