Qelebə.az / Səudiyyə Ərəbistanı klubu "Mançester Siti"nin futbolçusunu transfer etməyə yaxındır

Səudiyyə Ərəbistanı klubu "Mançester Siti"nin futbolçusunu transfer etməyə yaxındır

26-08-2024, 19:40

İngiltərənin "Mançester Siti" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Portuqaliya millisinin müdafiəçisi Joao Kanselonun transferi ilə bağlı şifahi razılığa gəliblər.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, asiyalılar 30 yaşlı futbolçuya mövsümlük 15 milyon avro maaş təklif edib.

"Şəhərlilər"lə müqaviləsi 2027-ci ildə başa çatacaq Kanselo yaxın müddətdə qərarını açıqlayacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao 4 qol vurub.

Geri qayıt