Qelebə.az / Xames Rodriges İspaniya klubu ilə müqavilə bağlayıb

Xames Rodriges İspaniya klubu ilə müqavilə bağlayıb

26-08-2024, 17:55

Kolumbiya millisinin futbolçusu Xames Rodriges İspaniyanın "Rayo Valyekano" klubu ilə müqavilə bağlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sonuncu dəfə Braziliyada "San-Paulu"nun formasını geyinmiş 33 yaşlı yarımmüdafiəçi İspaniya klubuna azad agent kimi keçib.

X.Rodriges bu il ABŞ-də təşkil olunan Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib. Onun komandası finala yüksəlsə də, həlledici oyunda Argentina millisinə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, X.Rodriges 2023/2024 mövsümündə Braziliya A Seriyasında meydana çıxdığı 18 oyunda 2 qol vurub.

Geri qayıt