Qelebə.az / Azərbaycan millisinin sabiq basketbolçusu: Artıq yaşlanmışam, öz evimdə istirahətə çəkilmək istəyirəm

Azərbaycan millisinin sabiq basketbolçusu: Artıq yaşlanmışam, öz evimdə istirahətə çəkilmək istəyirəm

26-08-2024, 17:25

Artıq yaşlanmışam, öz evimdə istirahətə çəkilmək istəyirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin sabiq üzvü Mersedes Uolker deyib.

37 yaşlı idmançı yığmadan ayrılmaq qərarının asan olmadığını bildirib:

"Artıq yaşım çoxdur. Düşünürəm ki, təqaüdə çıxmağın vaxtıdır. Bir müddət sonra məşqçi kimi çalışmağı planlaşdırıram. Amma indi yox. Hələ ki, istirahət etmək istəyirəm".

Qeyd edək ki, M.Uolker 2015-ci ildən Azərbaycan yğmasının uğurları üçün çalışıb. O, 2017-ci ildə milli ilə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın heyətində yer alıb.

Geri qayıt