Argentinanın U-23 millisinin və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Niko Paz İtaliyanın "Komo" klubuna transfer olunub.
"QELEBE.AZ" A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, N.Paz 2023-cü ildən formasını geyindiyi Madrid klubunun ikinci komandasının heyətində meydana çıxdığı 49 oyunda 11 qol vurub.