Qelebə.az / "Qəbələ" seneqallı hücumçu transfer edib

"Qəbələ" seneqallı hücumçu transfer edib

23-08-2024, 20:31

Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, “qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.

Geri qayıt