Qelebə.az / "Real" klubu yarımmüdafiəçisini icarəyə verib

"Real" klubu yarımmüdafiəçisini icarəyə verib

23-08-2024, 12:53

"Real" klubunun yarımmüdafiəçisi Mario Martin icarə əsasında İspaniyanın digər təmsilçisi "Valyadolid"ə keçib.

"QELEBE.AZ" xəbər verir ki, 20 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.

Mario Martin Madrid təmsilçisinin akademiyasının yetirməsidir.

Qeyd edək ki, “Valyadolid” La Liqanın yeni mövsümünün ilk turunda “Espanyol”u məğlub edib və hazırda 3 xalla turnir cədvəlində dördüncüdür.

Geri qayıt