Qelebə.az / "Barselona"dan ayrılan futbolçu A Seriyasında çıxış edə bilər

"Barselona"dan ayrılan futbolçu A Seriyasında çıxış edə bilər

22-08-2024, 16:38

"Barselona"dan ayrılan futbolçu Serji Roberto İtaliya çempionatında çıxış edə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi A Seriyasının debütantı "Komo" ilə anlaşmağa yaxındır.

32 yaşlı oyunçu yeni komandası ilə "1+1" illik müqavilə bağlayacaq.

Qeyd edək ki, S.Roberto "Barselona"nın heyətində 373 matç keçirib və 19 qol vurub.

Geri qayıt