Qelebə.az / İngiltərə klubu Norveç yığmasının üzvünü transfer edib

İngiltərə klubu Norveç yığmasının üzvünü transfer edib

22-08-2024, 13:37

"Fulhem" klubu İngiltərənin digər təmsilçisi "Bernli"dən Norveç yığmasının futbolçusu Sander Berqeni transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Razılığa əsasən anlaşmanın müddəti daha 12 ay uzadıla bilər. S.Berqe yeni klubunda 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Norveç millisinin üzvü 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 37 oyunda 1 qol vurub. 2017-ci ildən əsas yığmaya dəvət alan yarımmüdafiəçi 46 rəsmi oyun keçirib, 1 qol müəllifi olub.

Geri qayıt