Qelebə.az / Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər

Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər

22-08-2024, 13:21

“Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Omoniya” (Kipr) - “Zirə” matçı ilə bağlı danışarkən deyib.

Ötən il çalışdırdığı “Qəbələ”ni Konfrans Liqasında Kipr təmsilçisinə qarşı meydana çıxarmış mütəxəssis bu komandanın doğma meydanda daha güclü oynadığını söyləyib:

“Omoniya”nın heyətini izləməsəm də, xeyli dəyişikliklərin olduğu göstərilir. Tipik ev komandasıdır. Güclü azarkeş dəstəyinə sahibdirlər. Doğma meydanda daha yaxşı oynayırlar”.

E.Baxşıyev “Zirə”nin şanslarını dəyərləndirib:

“Pley-offda istənilən nəticə qeydə alına bilər. Oyun başlamadığı üçün şanslar faiz nisbətində 50-nin 50-yədir. Heyətləri və məşqçiləri dəyişdiyi üçün daha fərqli olduqlarını düşünürəm”.

Qeyd edək ki, “Zirə”nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Geri qayıt