Qelebə.az / Azərbaycan gimnastları Qazaxıstanda 2 qızıl medal qazanıblar

Azərbaycan gimnastları Qazaxıstanda 2 qızıl medal qazanıblar

21-08-2024, 11:59

Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində 2 qızıl, 1 gümüş medal sahibi və 1 nominasiya üzrə qalib olublar.

Gimnastika Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, böyüklər arasında Zəhra Cəfərova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə qızıl medal qazanıb.

Gənclər arasında isə Sofiya Məmmədova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə bütün rəqiblərinə qalib gəlib. S.Məmmədova həmçinin "Turnirin kraliçası" nominasiyasına layiq görülüb. Ayan Sadıqova da çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə uğurlu çıxışla yadda qalıb və gümüş medal əldə edib.

Qeyd edək ki, "Alma Cup" avqustun 13-16-da keçirlib.

Geri qayıt