Qelebə.az / Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

31-10-2022, 16:53

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) jurnalistlər arasında növbəti kartinq çempionatı keçirib.

"Report"un məlumatına görə, Bakı Kartinq Mərkəzində (Baku City Karting) baş tutmuş yarışda qrup mərhələsini ilk 3 pillədə başa vuranlar finala yüksəliblər.

İdman TV-nin şərhçisi və aparıcısı Fərid Ramazanov turnirin qalibi olub. F-1.az saytının redaktoru Elçin Zodorov ikinci, İctimai Televiziyanın müxbir və aparıcısı Fəridə Abdullayeva üçüncü yeri tutub.

BŞH-nin mətbuat katibi Turab Teymurov qaliblərə mükafatlar təqdim edib.

Geri qayıt