Qelebə.az / Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək

Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək

20-08-2024, 17:29

"Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi "Dinamo" (Zaqreb, Xorvatiya) ilə görüş barədə danışıb:

"Qarabağ" çox gözəl futbol oynayır. Hər matçdan sonra gücünü bir qədər də artırır. Pley-offda rəqib "Dinamo" olacaq. Çətin komanda ilə qarşılaşacağıq. Deyə bilərəm ki, xorvatlarla matç asan keçməyəcək. "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək. İndiki vəziyyətdə hər iki komandanın şanslarını 50-nin 50-yə görürəm".

Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Geri qayıt