Qelebə.az / "Barselona" klubu Dominikan Respublikası millisinin üzvünü transfer edib

"Barselona" klubu Dominikan Respublikası millisinin üzvünü transfer edib

20-08-2024, 11:22

İspaniyanın "Barselona" klubu digər La Liqa təmsilçisi "Jirona"nın vingeri Oskar Urenanı transfer edib.

"Report" klubun mətbuat xidmətinə istindən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Dominikan Respublikasından olan futbolçu hələlik Kataloniya təmsilçisinin ehtiyat komandasında çıxış edəcək.

Qeyd edək ki, O.Urena "Jirona"nın yetirməsidir.

Geri qayıt