Qelebə.az / Portuqaliyalı futbolçu "Fənərbağça"dan ayrılıb

Portuqaliyalı futbolçu "Fənərbağça"dan ayrılıb

19-08-2024, 19:16

Türkiyənin "Fənərbağça" klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər "Başakşəhər" komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Krespo son olaraq icarə əsasında İspaniyanın "Rayo Valyekano" kollektivində çıxış edib.

Geri qayıt