Qelebə.az / 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

17-08-2024, 09:16

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürəcək.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığma ilk matçını Almaniyanın “Düsseldorf ZOOS” kollektivinə qarşı keçirəcək. Görüş saat 16:50-də başlayacaq.

Ratomir Deliçin baş məşqçisi olduğu komanda ikinci oyununda təsnifat mərhələsinin qalibi ilə görüşəcək. Bu qarşılaşma saat 18:30-a təyin edilib.

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.

Geri qayıt