Qelebə.az / AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb

AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb

15-08-2024, 12:19

AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azərbaycan Premyer Liqasının II turunda baş tutan “Qarabağ” - “Kəpəz” görüşündə Gəncə klubunun futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulduğuna görə növbəti turu buraxmalı olacaq. Onu klubu isə 500 manat cərimələnib. Həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz” 700 manat cərimələnib.

Bundan əlavə, AFFA Gəncə təmsilçisinə oyununun 89-cu dəqiqəsində azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə xəbərdarlıq edib.

II turun “Araz-Naxçıvan” - “Şamaxı” matçında isə hesab tablosu işləmədiyinə görə Naxçıvan klubu 500 manat cərimələnib.

Geri qayıt