Qelebə.az / "Zirə"nin futbolçusu: "Osiyek"lə oyun çətin olacaq"

"Zirə"nin futbolçusu: "Osiyek"lə oyun çətin olacaq"

14-08-2024, 17:57

"Çətin olacağını bilirik".

"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Pyer Zebli Bakıda Xorvatiyanın "Osiyek" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Yarımmüdafiəçi bu görüşdə yalnız qələbəyə kökləndiklərini vurğulayıb:

"Rəqib yaxşı futbolçulardan təşkil olunmuş kollektivdir".

Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.

Geri qayıt