Qelebə.az / "Roma"nın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

"Roma"nın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

14-08-2024, 16:55

İtaliyanın "Roma" klubunun hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində "Əl-Kadisiya" maraqlıdır.

Asiyalılar onunla 3 illik müqavilə imzalamağı düşünür. Futbolçunun alacağı məvacib və müqavilənin digər şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Paulo Dibalanın Romanın eyniadlı klubu ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

Geri qayıt