Qelebə.az / UEFA Superkuboku: "Atalanta" "Real"a qarşı

UEFA Superkuboku: "Atalanta" "Real"a qarşı

14-08-2024, 08:45

Bu gün 49-cu UEFA Superkuboku "Atalanta" - "Real" matçında öz sahibini tapacaq.

"QELEBE.AZ" xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçiriləcək qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi "Real" ilə UEFA Avropa Liqasının qalibi "Atalanta" üz-üzə gələcək.

Qeyd edək ki, maraqlı futbol tamaşası vəd edən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Superkuboku

14 avqust

23:00. "Real" - "Atalanta"

"PGE Narodovy" stadionu

Geri qayıt