Qelebə.az / Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb

Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb

13-08-2024, 17:30

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib

"QELEBE.AZ" xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Geri qayıt