Qelebə.az / Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib

Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib

13-08-2024, 17:43

Almaniyanın "Leypsiq" klubu Belçika təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib.

"Report" "New York Times"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, A.Nusa ötən mövsüm "Brügge" klubunun heyətində meydana çıxdığı 46 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" bu keçidi 22 milyon avro olaraq qiymətləndirib.

Geri qayıt