Qelebə.az / Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

29-10-2022, 15:51

Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Kəpəz”lə qarşılaşan “Səbail” azlıqda qalıb.

“QELEBE.AZ” xəbər verir ki, matçın 41-ci dəqiqəsində qonaqların heyətində Nihad Qurbanlı birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

O, qarşılaşmanın 39-cu dəqiqəsində əks-hücum zamanı “Kəpəz”in forvardı Mate Kvirkviyaya qarşı kobudluğa görə əvvəlcə sarı vərəqə ilə cəzalandırılsa da, sonradan görüşün baş hakimi Elçin Məsiyev VAR-ın köməyindən istifadə edərək vərəqənin rəngini qırmızıya dəyişib.

Nihad Qurbanlı sonuncu ümid foluna görə meydandan uzaqlaşdırılıb.

Qeyd edək ki, hazırda ilk hissəsi başa çatmış oyunda “Kəpəz” 1:0 hesabı ilə öndədir.

Geri qayıt