Qelebə.az / Paris-2024: Basketbol turnirlərinə rekord sayda insan qatılıb

Paris-2024: Basketbol turnirlərinə rekord sayda insan qatılıb

12-08-2024, 09:00

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında basketbol turnirlərinə rekord sayda insan qatılıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Matçları ümumilikdə tribunalardan 1 078 319 tamaşaçı izləyib.

Kişilərin turnirində orta hesabla hər qarşılaşmada 21 711, qadınlarda isə 19 763 nəfər olub.

Bundan əvvəlki rekord 1996-cı ildə Atlanta olimpiadasında qeydə alınıb. Həmin vaxt 1 068 032 insan görüşlərə arenalarda baxıb.

Qeyd edək ki, Paris-2024-də qadınlar və kişilərin mübarizəsində ABŞ millisi qızıl mükafata sahib çıxıb.

Geri qayıt