Qelebə.az / Paris-2024: Türkiyənin voleybol millisi bürünc medal yarışında məğlub olub

Paris-2024: Türkiyənin voleybol millisi bürünc medal yarışında məğlub olub

10-08-2024, 21:09

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Türkiyənin qadınlardan ibarət voleybol millisi bürünc medal uğrunda görüşdə Braziliya komandası ilə qarşılaşıb.

"Report" xəbər verir ki, qardaş ölkə təmsilçisi qarşılaşmanı məğlub başa vurub.

Braziliya yığması 3:1 (25:21, 27:25, 22:25, 25:15) hesablı qələbə qazanıb.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Geri qayıt