Qelebə.az / Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB

9-08-2024, 15:02

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib. O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

14:14

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt