Qelebə.az / Paris-2024: Rafiq Hüseynov məğlub olub

Paris-2024: Rafiq Hüseynov məğlub olub

7-08-2024, 14:59

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.

Hüseynov rəqibinə məğlub olub - 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt