Qelebə.az / Premyer Liqa klubu Argentina millisinin üzvü ilə anlaşıb

Premyer Liqa klubu Argentina millisinin üzvü ilə anlaşıb

6-08-2024, 19:29

İngiltərənin "Vest Hem" klubu Argentina millisinin üzvü ilə anlaşıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "çəkicdöyənlər" yarımmüdafiəçi Qvido Rodriqesi heyətinə qatıb.

30 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Q.Rodriqes son olaraq İspaniyanın "Betis" kollektivinin şərəfini qoruyub. O, ötən mövsüm 24 görüşdə 2 qol vurub.

Geri qayıt