Qelebə.az / Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb

Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb

5-08-2024, 22:55

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb.

Azərbaycan Voleybol Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, Fərid Cəlalovun rəhbərliyi ilə yığmamızın Tbilisidəki təlim-məşq toplanışı avqustun 11-də yekunlaşacaq.

Hazırlıq çərçivəsində millinin Gürcüstanla bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2026-nın təsnifat oyunlarında Azərbaycan seçməsi B qrupunda Avstriya və Belçika yığmalarına qarşı mübarizə aparacaq. Millimiz seçmə mərhələdəki ilk matçına avqustun 17-də çıxacaq. Komandamız həmin gün səfərdə Avstriya kollektivinin qonağı olacaq. Növbəti görüş avqustun 24-də Bakıda Belçika komandasına qarşı olacaq. Yarışın formatına uyğun olaraq digər iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.

Geri qayıt