Qelebə.az / Paris-2024: Futbol yarışında ilk finalçı bəlli olub

Paris-2024: Futbol yarışında ilk finalçı bəlli olub

5-08-2024, 22:23

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol yarışında ilk finalçı bəlli olub.

"Report" xəbər verir ki, yarımfinalda Mərakeş yığmasına 2:1 hesabı ilə qalib gələn İspaniya turnirin həlledici mərhələsinə vəsiqə əldə edib.

Pireneylilərin heyətində "Barselona"dan Fermin Lopes və "Sevilya"da çıxış edən Xuanlo Sançes fərqlənib.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibi Fransa - Misir matçının qalibi olacaq.

Geri qayıt