Qelebə.az / PSJ-nin futbolçusu daha bir il Bundesliqada çıxış edəcək

PSJ-nin futbolçusu daha bir il Bundesliqada çıxış edəcək

5-08-2024, 19:31

İcarə əsasında Almaniyanın "Leypsiq" kollektivində içıxış edən Xavi Simons daha bir il Bundesliqada forma geyinəcək.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin üzvü ilə 1 illik icarə müqaviləsi yenilənib.

21 yaşlı yarımmüdafiəçi müqavilə əsasında Fransanın PSJ komandasına məxsusdur.

Qeyd edək ki, ötən mövsüm "Leypsiq"in heyətində 32 oyuna çıxan Simons 8 qol vurmağı bacarıb.

Geri qayıt