Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.
“Report”un məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.