Qelebə.az / "Arsenal"ın futbolçusu klubdan ayrılıb

"Arsenal"ın futbolçusu klubdan ayrılıb

3-08-2024, 10:32

İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Emil Smit Rou klubdan ayrılıb.

"Report" xəbər verir ki, 24 yaşlı futbolçu digər Premyer Liqa komandası "Fulhem"lə anlaşıb.

Yarımmüdafiəçi yeni komandası ilə "5+1" illik müqavilə bağlayıb.

Qeyd edək ki, Emil Smit Rou yetirməsi olduğu "topçular"ın heyətində 115 matçda meydana çıxıb və 18 qol vurub.

Geri qayıt