Qelebə.az / Paris-2024: Kişilərin tennis yarışında ilk finalçı müəyyənləşib

Paris-2024: Kişilərin tennis yarışında ilk finalçı müəyyənləşib

2-08-2024, 17:37

İspaniyalı məşhur tennisçi Karlos Alkaras Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 21 yaşlı idmançı yarımfinal mərhələsində kanadalı Feliks Oje-Alyassimi məğlub edib - 2:0 (6:1, 6:1).

O, finalda Novak Cokoviç (Serbiya) - Lorentso Muzetti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt