Qelebə.az / Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

28-10-2022, 07:30

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.

Rəqibindən bir matç az keçirən Tovuz klubu 10 xalla 7-ci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 4 xalla sonuncu - 10-cu sıradadır.

Komandalar indiyədək Premyer Liqada bir dəfə üz-üzə gəliblər. Birinci dövrəyə təsadüf edən görüşdə hesab açılmayıb.

Azərbaycan Premyer Liqası

XII tur

15:00. "Turan Tovuz" - "Sumqayıt"

Tovuz şəhər stadionu.

Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.

Geri qayıt