Qelebə.az / Paris-2024: Azərbaycan cüdoçusu yarımfinala adlayıb - YENİLƏNİB

Paris-2024: Azərbaycan cüdoçusu yarımfinala adlayıb - YENİLƏNİB

1-08-2024, 14:30

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.

Təmsilçimiz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

13:07

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

O, növbəti raundda Peter Palçik (İsrail) ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

Geri qayıt