Qelebə.az / Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçını idarə edəcək hakim bəlli olub

Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçını idarə edəcək hakim bəlli olub

1-08-2024, 13:31

"Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçiriləcək Türkiyə Superkuboku matçını idarə edəcək hakim müəyyənləşib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma Atilla Karaoğlana tapşırılıb.

Avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. "Beşiktaş" isə ölkə kubokuna sahib çıxıb.

Geri qayıt