Qelebə.az / "Mançester Yunayted"in yeni transferi üç ay yaşıl meydanlardan kənarda qalacaq

"Mançester Yunayted"in yeni transferi üç ay yaşıl meydanlardan kənarda qalacaq

1-08-2024, 10:53

İngiltərənin "Mançester Yunayted" klubunun iki futbolçusu zədələnib.

"Report"un məlumatına görə, müdafiəçi Leni Yoro və hücumçu Rasmus Heylunn sıradan çıxıb.

Onlar "Arsenal"a 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçında xəsarət alıblar.

Yoro üç ay, Heylunn isə 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Leni Yoro iyulun 18-də Fransanın "Lill" klubundan "qırmızı şeytanlar"a keçib.

Geri qayıt