Qelebə.az / Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

31-07-2024, 23:57


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report" xəbər verir ki, yığma II turda ABŞ ilə qarşılaşıb.

Görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun sabah gerçəkləşəcək.

Geri qayıt