Qelebə.az / "Kəpəz" 3 futbolçu ilə müqavilə bağlayacaq

"Kəpəz" 3 futbolçu ilə müqavilə bağlayacaq

31-07-2024, 19:03

"Kəpəz" komandası 3 futbolçu ilə müqavilə bağlayacaq.

Gəncə klubunun mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, "sarı-göylər" əvəzedici heyətdə çıxış edən Cavad Kərimov, Ümid Səmədov və Arzuman Atakişiyevlə sözləşmə imzalayacaq.

Klub tərəfindən hər üç futbolçu ilə 3 illik müqavilə bağlamaq nəzərdə tutulub.

Qeyd edək ki, adıçəkilən oyunçular son mövsümü "Kəpəz"in əvəzedici komandasında keçiriblər.

Geri qayıt