Qelebə.az / Paris-2024: Azərbaycanın kamandan oxatanı mübarizəni 1/16 finalda dayandırıb - YENİLƏNİB

Paris-2024: Azərbaycanın kamandan oxatanı mübarizəni 1/16 finalda dayandırıb - YENİLƏNİB

30-07-2024, 21:12

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, təmsilçimiz 1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşüb.

Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.

Qeyd edək ki, idmançımız 1/32 finalda çinli An Qixuana qalib gəlmişdi.

20:52

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşüb.

Mübarizə Y.Ramazanovanın üstünlüyü ilə başa çatıb - 6:5.

Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olacaq.

Qeyd edək ki, Yaylagül Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.

Geri qayıt