Qelebə.az / UEFA Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" görüşündə hesab açılıb - YENİLƏNİB

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" görüşündə hesab açılıb - YENİLƏNİB

30-07-2024, 20:19

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

20:00

"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

Geri qayıt