Qelebə.az / Paris-2024: ABŞ-nin məşhur tennisçisi mübarizəni dayandırıb

Paris-2024: ABŞ-nin məşhur tennisçisi mübarizəni dayandırıb

30-07-2024, 16:32

ABŞ-nin məşhur qadın tennisçisi Kori Qauff Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

"Report"un məlumatına görə, dünya reytinqində ikinci pillədə qərarlaşan idmançı 1/8 final mərhələsində xorvatiyalı Donna Vekiçə uduzub.

Qarşılaşma rəqibin inamlı qələbəsi ilə bitib - 2:0 (7:6, 6:2).

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt