Qelebə.az / Türkiyə səfirliyi Hidayət Heydərovu Olimpiya çempionu olması münasibətilə təbrik edib

Türkiyə səfirliyi Hidayət Heydərovu Olimpiya çempionu olması münasibətilə təbrik edib

30-07-2024, 14:45

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik", - məlumatda qeyd edilib.

#Paris2024 Olimpiyatlarında Judo kategorisinde altın madalya kazanarak, Azerbaycan bayrağını Fransa’da dalgalandıran Hidayat Heydarov’u canı gönülden tebrik ediyoruz. #Azerbaijan pic.twitter.com/BBgrEZY76B

— Türkiye in Azerbaijan (@TC_BakuBE) July 30, 2024
Geri qayıt