Qelebə.az / Paris-2024: Novak Cokoviç Rafael Nadalı məğlub edib

Paris-2024: Novak Cokoviç Rafael Nadalı məğlub edib

29-07-2024, 17:35

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı təcrübəli idmançı 1/16 final mərhələsində ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:1, 6:4). O, I turda avstraliyalı Mettyu Ebdeni eyni hesabla üstələmişdi.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt