Qelebə.az / Paris-2024: Azərbaycan boksçusu məğlub olub

Paris-2024: Azərbaycan boksçusu məğlub olub

29-07-2024, 15:13

Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 92 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Almaniyadan olan Nelvi Raman Tiafakla üz-üzə gəlib.

Bu görüşdə idmançımız məğlub olub.

Qeyd edək ki, M.Abdullayev Paris olimpiadasının açılış mərasimində Azərabycanın bayraqdarı olub. Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt