Qelebə.az / Paris-2024: Azərbaycanın daha bir cüdoçusu turnirlə erkən vidalaşıb

Paris-2024: Azərbaycanın daha bir cüdoçusu turnirlə erkən vidalaşıb

28-07-2024, 13:02

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan G. Məmmədəliyeva turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə vidalaşıb.

Geri qayıt