Qelebə.az / Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb

Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb

27-07-2024, 14:18

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub. Daha əvvəl Leyla Əliyeva (48 kq) yarışla vidalaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt